Beynəlxalq Triatlon İttifaqı idmançıların növbəti reytinq cədvəlini açıqlayıb
Beynəlxalq Triatlon İttifaqı idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.

Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsovun reytinq cədvəlindəki mövqeyi dəyişməyib. Belə ki, R.Pevtsov 3209,77 xalla 17-ci pillədədir.

Reytinq cədvəlinə ispaniyalı Mario Molaya liderik edir. Böyük Britaniya təmsilçisi Conatan Braunli ikinci, digər ispaniyalı triatlonçu Fernando Alarza isə üçüncüdür.

Xəbər 1033 dəfə oxundu.