Nikolya Anelka yeni vəzifədə
Fransa millisinin keçmiş futolçusu Nikolya Anelka özünə yeni iş yeri tapıb.

O, bundan sonra Hollandiyada çalışacaq.

Keçmiş forvard “Roda” klubunun məsləhətçisi vəzifəsində işləyəcək. Bu barədə klubun saytı xəbər yayıb.

Qeyd edək ki, Anelka bundan əvvəl Hindistanın "Mumbai Siti" klubunda oynayan məşqçi olub.

Xəbər 695 dəfə oxundu.