Futbol üzrə Afrika Millətlər Kubokunda ilk finalçı müəyyənləşib
Qabonda keçirilən futbol üzrə Afrika Millətlər Kubokunda ilk finalçının adına aydınlıq gəlib.

Misir milli komandası yarımfinalda Burkina-Faso yığması ilə qarşılaşıb və matç 1:1 hesabı ilə başa çatıb. Oyunsonrası penaltilər seriyasında rəqibini məğlub edən Misir millisi adını finala yazdırıb.

İkinci yarımfinalçının adına bu gün oynanılacaq Kamerun-Qana görüşündən sonra aydınlıq gələcək.

Xəbər 659 dəfə oxundu.