"Lill" klubunun yarımmüdafiəçisi "Nitsa"ya keçib
"Lill" futbol klubunun yarımmüdafiəçisi Munir Obbadi "Nitsa"ya keçib.

33 yaşlı mərakeşli azad agent kimi yeni komandasına qoşulub.

Bir müddət əvvəl verilən məlumata görə, Obbadi şəxsi məsələlərə görə komandasını dəyişib. 2016-cı ildə futbolçunun evi qarət edilmişdi.

Cari mövsümdə Obbadi "Lill"in heyətində 7 oyunda meydana çıxıb.

Xəbər 727 dəfə oxundu.