Azərbaycan–Almaniya oyununun biletləri satışa çıxarılıb
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan–Almaniya oyununun biletləri fevralın 1-dən satışa çıxarılıb.

Biletləri “28 Mall” Ticarət Mərkəzi, “Bakcell” Müştəri Xidmətləri Mərkəzi (metronun Sahil stansiyasının yaxınlığı), Tofiq Bəhramov adına Respublika stadionunun kassaları və “Park Bulvar” Ticarət Mərkəzindən əldə etmək mümkündür. Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Kateqoriyalardan asılı olaraq biletlərin qiyməti 2, 5, 9, 14 və 19 manat təşkil edir. VIP biletləri isə 50 manata əldə etmək olar.

Azərbaycan-Almaniya oyunu martın 26-da saat 20:00-da start götürəcək.

Xəbər 763 dəfə oxundu.