Bakının “Azəryol” voleybol komandası Gürcüstanın “Tbilisi” klubunu məğlub edib
Yanvarın 31-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışları çərçivəsində növbəti oyun keçirilib.

Azərbaycan Voleybol Mərkəzində Bakının “Azəryol” komandası Gürcüstanın “Tbilisi” klubu ilə qarşılaşıb. Görüş “Azəryol”un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabında 24 xal olan “Telekom” turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl” 19 xalla ikinci, “Azəryol” isə 13 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 788 dəfə oxundu.