“Fajr Sabalan Cup” beynəlxalq turniri davam edir
İranda şahmat üzrə “Fajr Sabalan Cup” beynəlxalq turniri davam edir.

Turnirdə ölkəmizi təmsil edən Azər Mirzəyev dördüncü turda iranlı idmançı Ehsan Qaem Məqmi ilə qarşılaşıb. Görüş heç-heçə yekunlaşıb.

A.Mirzəyev və E.Məqami ilə yanaşı, hesabında 3,5 xal İspaniya təmsilçisi Oleq Korneyev turnir cədvəlində 1-3-cü pilləni bölüşürlər.

Xəbər 631 dəfə oxundu.