Boks üzrə Azərbaycan çempionatına yekun vurulub
Azərbaycan Boks Mərkəzində kişi və qadın boksçular arasında ölkə çempionatına yekun vurulub.

Yarışda kişilər 10, qadınlar isə 4 çəki dərəcəsində birincilik uğrunda mübarizə aparıblar.

Kişilərin yarışında Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), İman Əhmədli (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Teymur Məmmədov (91 kq) və Ağalar Sadiqzadə (91 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qadınların mübarizəsində Dinarə Fətəliyeva (48 kq), Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Məryəm Cəbrayılova (64 kq) qızıl medal qazanıblar.

Xəbər 852 dəfə oxundu.