Torpaq Avropada ən yaxşı türkdür
Avropanın 5 böyük liqasında oynayan türk futbolçularını diqqətə alan «Castrol EDGE»nin təhlilləri Ömər Torpaq, Məhməd Topal və Arda Turanın uğurlu çıxışlarını qeyd edib. İdman.com.az saytının məlumatına görə, son 12 ayda Premyer Liqa, La Liqa, «A» Seriya, Bundesliqa və I Divizionda oynayan 2000-dən çox futbolçunun çıxışını obyektiv təhlil edən və xüsusi qaydada qiymətləndirən «Castrol EDGE» təhlilçiləri Leverkuzen «Bayer»inin formasını geyinən Türkiyə yığmasının oyunçusu Ömər Torpağı türk futbolçular arasında 560 xalla ilk sıraya yerləşdirdi.

«Valensiya»da top qovan Mehmet Topal 553 xalla ikinciliyi götürərkən, onu 467 xalla Madrid «Atletiko»sunda oynayan Arda Turan izlədi.
Türkiyə yığmasının baş məşqçisi Abdullah Ovçu «Castrol EDGE» sıralamasındakı 10 oyunçudan 9-nu Slovakiya ilə oynanacaq yoldaşlıq qarşılaşması üçün millinin heyətinə daxil edib.
«Castrol EDGE»nin sıralamasında ilk onluqda yer alan 10 türk futbolçunun tam siyahısı isə belədir:

Ömər Toprak («Bayer») – 560 xal
Məhməd Topal («Valensiya») - 553
Arda Turan («Atletiko») - 467
Məhməd Əkici («Verder») - 402
Mövlud Ərdinç («Renn») - 379
Ümid Bulud («Tuluza») - 363
Olcay Şahan («Kayzerslautern») - 323
Göyxan Töre («Hamburq») - 310
Nuri Şahin («Real» Madrid) - 226
Tunay Torun («Herta») - 133

Xəbər 1183 dəfə oxundu.