“Neftçi” klubu Hüqo Barqas ilə birillik müqavilə imzalayıb
Bakının “Neftçi” futbol klubu növbəti transferini gerçəkləşdirib.

Argentina əsilli fransız hücumçu Hüqo Barqas ilə bir il müddətinə müqavilə bağlanıb.

Otuz yaşlı futbolçu indiyədək Argentinanın “All Boyz”, Hollandiyanın “De Qraafşap”, “Zvolle”, İspaniyanın “Ximnastik”, Boliviyanın “Bluminq”, “Oriente Petrolero”, “Bolivar”, İtaliyanın “Kremoneze” və Ekvadorun “Deportivo Kuenka” klublarında çıxış edib.


Xəbər 684 dəfə oxundu.