"Sumqayıt" futbol klubu növbəti transferini reallaşdırıb
"Sumqayıt" futbol klubu növbəti transferini reallaşdırıb. Komanda 1994-cü il təvəllüdlü yarımmüdafiəçi Fərhad Qıstarovu heyətinə qatıb.

Əslən Balakən rayonundan olan futbolçu ilə 1,5 illik müqavilə imzalanıb. Fərhad Qıstarov 20 nömrəli forma geyəcək.

Qeyd edək ki, Qıstarov "Dinamo" (Stavropol), SKA (Rostov) kimi klubların şərəfini qoruyub.

Xəbər 717 dəfə oxundu.