Albaniya yığması millimizə rəqib olub
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan millisinin çıxış edəcəyi ikinci qrupda mübarizə aparacaq dördüncü komanda müəyyənləşib.

Ilkin seçmə mərhələnin “D” qrupunda 1-ci yeri tutmuş Albaniya yığması 2017-ci il aprelin 3-dən 12-dək Bakıda keçiriləcək əsas seçmə mərhələdə çıxış etmək hüququ qazanıb.

Xatırladaq ki, millimizin digər rəqibləri Macarıstan və Bosniya və Herseqovina yığmalarıdır.

Xəbər 712 dəfə oxundu.