«Real»ın yubileyi
Planetin ən böyük, ən varlı və ən çox azarkeşlər ordusu olan klublarından birinin yubileyidir. İdman.com.az saytının xəbərinə görə, Madrid «Real»ı bu gün 110 yaşını qeyd etdi. 1902-ci il martın 6-da yaradılmış klub sonradan dünyanın ən dahi komandasına çevrildi. Bu illər ərzində «Real» formasında Rikardo Samora, Alfredo Di Stefano, Ferens Puşkaş, Pako Hento, Xuanito Qomes, Karlos Santilyana, Emilio Butraqenyo, Manuel Sançis, Fernando Yerro, Raul Qonsales, Roberto Karlos, Zinəddin Zidan, Kriştiano Ronaldo kimi yüzlərlə böyük futbolçular geyinib.
Hesabında 31 La Liqa çempionluğu, 18 İspaniya Kuboku, 8 ölkə Superkuboku, 1 La Liqa Kuboku, 9 Çempionlar Liqası zəfəri, 1 qitə Superkuboku, 2 UEFA Kuboku, 3 qitələrarası Kubok və digər çoxsaylı mükafatları olan «Real» 110-cu ad gününü 32-ci çempionluğuna doğru inamla addımlayaraq qeyd edir.

Xəbər 879 dəfə oxundu.