Kiçikyaşlı yeniyetmə cüdoçular arasında Bakı birinciliyi başlayıb
Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində kiçikyaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı birinciliyinə start verilib.

İki gün davam edəcək yarışın ilk günündə 282 yeniyetmə cüdoçu (281 oğlan, 11 qız) qüvvəsini sınayır.

Yarışın birinci günündə qızlar 32, 36, 40, 44, oğlanlar isə 34, 38, 42, 46 və 50 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.

Xəbər 663 dəfə oxundu.