Bu gün AVRO-2019-un seçmə mərhələsinin püşkatması keçiriləcək
Bu gün 21 yaşadək futbolçular arasında AVRO-2019-un seçmə mərhələsinin püşkatması keçiriləcək.

Tədbir İsveçrənin Nyon şəhərində təşkil olunacaq.

Bakı vaxtı ilə saat 12:00-da başlayacaq mərasimdə 54 yığma 9 qrupa bölünəcək. Püşk öncəsi komandalar reytinqinə görə 6 səbətə bölünüb.

Tədbirdə Azərbaycan millisinin də rəqibləri bilinəcək. Komandamız püşkdən öncə E səbətində yer alıb. Yaşar Vahabzadənin yetirmələri final mərhələsi İtaliyada keçiriləcək yarışa vəsiqələr uğrunda mübarizəni martda başlayacaq.

A səbəti
Almaniya, Portuqaliya, İspaniya, İngiltərə, Danimarka, Fransa, İsveç, Çexiya, Serbiya
B səbəti
Slovakiya, İsrail, Hollandiya, Avstriya, Xorvatiya, Belçika, Polşa, İsveçrə, Sloveniya
C səbəti
Ukrayna, Norveç, Rusiya, Türkiyə, Rumıniya, İslandiya, Yunanıstan, Monteneqro, Finlandiya
D səbəti
Uels, Bolqarıstan, Makedoniya, Gürcüstan, Macarıstan, İrlandiya, Şotlandiya, Moldova, Albaniya
E səbəti
Litva, Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Belarus, Qazaxıstan, Kipr, Latviya, Estoniya
F səbəti
Malta, Lüksemburq, Şimali İrlandiya, Farer adaları, San-Marino, Andorra, Lixtenşteyn, Cəbəllütariq, Kosovo

I qrup
Xorvatiya
Yunanıstan
Moldova
Belarus
San-Marino

II qrup
Slovakiya
İslandiya
Albaniya
Estoniya
Şimali İrlandiya

III qrup
Polşa
Finlandiya
Gürcüstan
Litva
Farer adaları

IV qrup
Hollandiya
Ukrayna
Şotlandiya
Latviya
Andorra

V qrup
İsrail
Norveç
İrlandiya
Azərbaycan
Kosovo

VI qrup
Belçika
Türkiyə
Macarıstan
Kipr
Malta

VII qrup
Avstriya
Rusiya
Makedoniya
Ermənistan
Cəbəllütariq

VIII qrup
İsveçrə
Rumıniya
Uels
Bosniya və Herseqovina
Lixtenşteyn

IX qrup
Sloveniya
Monteneqro
Bolqarıstan
Qazaxıstan
Lüksemburq

Xəbər 730 dəfə oxundu.