Patris Evra "Marsel” klubu ilə anlaşıb
“Yuventus”un müdafiəçisi Patris Evra vətəninə qayıdıb.

36 yaşlı futbolçu "Marsel” klubu ilə anlaşıb.

Yeni rəhbərliyin gəlişindən sonra heyəti gücləndirməyə başlayan “Marsel” Fransa millisinin üzvünün keçidini artıq rəsmiləşdirib. Anlaşmaya əsasən, Evra qarşıdakı 1,5 ili bu klubda keçirəcək. Futbolçu karyerasını da məhz burda bitirəcəyini istisna etməyib.

Qeyd edək ki, 1998-99 mövsümündə ilk peşəkar klubu “Marsala” olan Patris Evra ardınca “Monza”, “Nitsa”, “Monako”, “Mançester Yunayted” və “Yuventus”da da çıxış edib.

Xəbər 732 dəfə oxundu.