“Real Madrid”in Yaxın Şərqdə satılan məhsullarının üzərindəki loqoda xaç işarəsi olmayacaq
Dünyanın və İspaniyanın futbol nəhəngi “Real Madrid” klubunun rəhbərliyi Yaxın Şərqdə satışa çıxardığı formaların üzərindəki loqodan xaç işarəsinin çıxarılması barədə qərar qəbul edib.

Klub rəhbərliyinin qərarında Yaxın Şərqin müsəlman əhalisinin bu məsələ ilə əlaqədar həssaslığı nəzərə alınıb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Marka” firması ilə razılığa gələn “Real Madrid” klubu öz məhsullarını yeni əməkdaşlıq vasitəsilə bu ölkə ilə yanaşı, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və İordaniyada satışa çıxaracaq.

Bu, Madrid klubunun 1908-ci ildən bəri istifadə etdiyi loqodan xaç işarəsini çıxardığı ikinci haldır. Belə ki, “Real Madrid” klubu “Emirates” şirkəti ilə sponsorluğa dair 2014-cü ildə Əbu-Dabi Milli Bankı ilə imzaladığı müqaviləyə əsasən loqodakı xaş işarəsini götürmüşdü.

Xəbər 668 dəfə oxundu.