Usain Boltun Pekin Olimpiadasında qazandığı qızıl medalların biri əlindən alınıb
Yamaykalı yüngül atlet Useyn Bolt 2008-ci il Pekin Olimpiadasında əldə etdiyi 4×100 metr məsəfəyə qaçış üzrə qızıl medalını geri qaytarıb.

“Əlbəttə, medaldan məhrum edilməyim yaxşı hal deyil, lakin bu, Beynəlxalq Olimpiya Komitəsinin tələbi idi. Buna görə də mən medalı geri qaytardım”, - deyə idmançı bildirib.

Xatırladaq ki, Usain Boltun qazandığı qızıl medal onun komanda yoldaşının dopinq testinin nəticələrinin müsbət çıxması ilə əlaqədar əlindən alınıb. Testlər nəticəsində Pekin Olimpiadasında U.Boltun komanda yoldaşı Nesta Karterin qadağan olunan preparatlardan istifadə etdiyi müəyyənləşib. Buna görə də Beynəlxalq Olimpiya Komitəsi həmin yarışda çıxış edən dörd idmançının hamısının - U.Bolt və N.Karterlə birlikdə Asafa Pauellin və Maykl Fraterin də medallarının alınması barədə qərar qəbul edib.

Xəbər 613 dəfə oxundu.