Taekvando üzrə Azərbaycan yığma komandasına yeni böyük məşqçi təyin olunub
Azərbaycanın taekvando üzrə böyüklərdən ibarət yığma komandasına yeni böyük məşqçi təyin olunub.

Bu vəzifə Rəşad Əhmədova tapşırılıb. Qərar Azərbaycan Taekvando Federasiyasının idarə heyətinin iclasında qəbul olunub.

Bu təyinata qədər komandanın böyük məşqçisi Elnur Amanov idi. E.Amanov qadınlardan ibarət yığmaya baş məşqçi təyin olduqdan sonra həmin vəzifə boş qalmışdı.

Xəbər 718 dəfə oxundu.