Pepe komandasını dəyişə bilər
Madrid “Real”ının müdafiəçisi Pepe yayda komandasını dəyişə bilər.

Braziliya əsilli futbolçu Çindən təklif alıb.

Belə ki, “Xebey Forçun” klubu Pepenin xidmətində maraqlıdı. Asiya təmsilçisi 34 yaşlı futbolçuya illik 15 milyon avro məvacib verməyə hazırdı. Bu isə müdafiəçinin “Real”da aldığı maaşdan 3 dəfə çox deməkdi. Danışıqlar baş tutsa, yeni komandası Pepenin transferinə pul xərcləməyəcək. Belə ki, “Real”la müqaviləsinin müddəti yayda bitəcək futbolçu azad agent statusuna yiyələnəcək.

Qeyd edək ki, 2007-ci ildən “Real”ın formasını geyinən Pepe hazırkı komandasının heyətində 327 oyunda 14 qola imza atıb.

Xəbər 612 dəfə oxundu.