Cenevrədə TEP proqramı çərçivəsində dəyirmi masa keçiriləcək
Bu gündən etibarən İsveçrənin Cenevrə şəhərində TEP proqramı çərçivəsində dəyirmi masa keçiriləcək.

Tədbirə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis rəhbərlik edəcək.

Andorra, Belçika, Bolqarıstan, Xorvatiya, Fransa, Litva, Lüksemburq, Hollandiya, Sloveniya və İspaniya futbol federasiyalarının nümayəndələrinin qatılacağı tədbirdə AFFA-nı baş katib Elxan Məmmədov və baş katibin müavini Sərxan Hacıyev təmsil edəcəklər.

Qeyd edək ki, tədbir sabah başa çatacaq.

Xəbər 697 dəfə oxundu.