İsmayıllıda VKC karate idman növü üzrə açıq rayon birinciliyi keçirilib
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən VKC karate idman növü üzrə yeniyetmələr və gənclər arasında açıq rayon birinciliyində 150 nəfər idmançı gücünü sınayıb.

2 Fevral - Gənclər Günü münasibətilə təşkil olunan birincilikdə Bakının 5 rayonundan, həmçinin Şirvan, Mingəçevir, Qəbələ, İsmayıllı və Şamaxıdan 10 komanda iştirak edib.

Gərgin keçən qarşılaşmalarda I yeri İsmayıllı, II yeri Bakı, III yeri isə Mingəçevir komandaları qazanıblar.

Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif ediliblər.

Xəbər 681 dəfə oxundu.