Xətai rayonunun məktəbliləri arasında voleybol yarışı keçirilib
Xətai Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 138 nömrəli tam orta məktəbin idman zalında məktəblilərin XXIX Spartakiadasının proqramına daxil olan qızlar arasında voleybol üzrə yarış keçirilib.

Yarışda rayonun 10 məktəbinin komandası iştirak edib.

Yarışda birinci yeri 138, ikinci yeri 17, üçüncü yeri 269 nömrəli tam orta məktəblərin komandaları tutublar.

Qalib komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

Qeyd edək ki, rayon mərhələsində qalib gələn 138 nömrəli tam orta məktəbin komandası Bakı məktəbliləri arasında keçiriləcək XXIX Spartakiadanın qızlar arasında voleybol üzrə yarışında rayonu təmsil etmək hüququ qazanıb.

Xəbər 622 dəfə oxundu.