“Zirə” futbol klubu Bolqarıstanın “Lokomotiv” komandası ilə yoxlama oyunu keçirib
“Zirə” futbol klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Komandamız Bolqarıstan təmsilçisi “Lokomotiv”lə üz-üzə gəlib.

Qarşılaşmanın ilk dəqiqələrindən etibarən “qartallar” rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaratsalar da, fasiləyə qədər hesab açılmayıb. Oyunun ikinci hissəsində də topa nəzarət daha çox komandamızın tərəfində olub. Oyunun 70-ci dəqiqəsində Aleksandr Şemonayevlə rəqib oyunçu arasında yaranan mübahisə hər iki futbolçunun qırmızı vərəqə alması ilə nəticələnib. Son dəqiqələrdə isə Bolqarıstan təmsilçisi cərimə zərbəsi ilə hesabı açıb. Bu qol oyunda yeganə olub və “Zirə” yoxlama oyununda uduzub – 0:1.

Xəbər 663 dəfə oxundu.