Ağacan Abiyev: «Bu, boksçularımız üçün bir şansdır»
««Böyük İpək yolu» turniri boksçularımız üçün mühüm əhəmiyyət kəsb edir. Çünki bu beynəlxalq yarışın nəticələrinə əsasən, 13-23 apreldə Trabzonda keçiriləcək lisenziya xarakterli turnirə yollanacaq heyət müəyyənləşəcək». Bu açıqlamanı idman.com.az saytına Azərbaycan Boks Federasiyasının 1-ci vitse-prezidenti Ağacan Abiyev verib. Təcrübəli mütəxəssis deyib ki, hazırda olimpiadaya 5 vəsiqə qazanmışıq və əlavə 5 mümkün yerə iddialıyıq:

«Bakıda hamıya şans vermişik. Kim güclüdürsə, Türkiyəyə o da yollanacaq. Rusiya milli komandası bu yarışa güclü heyətlə gəlib. Onları alqışlayırıq. Beynəlxalq yarışlar idmançıların təcrübə toplamasına kömək edir. Bu baxımdan, seçim xarakterli «Böyük İpək yolu» turniri boksçularımıza xeyli faydalı olacaq, kütləviliyin artmasına daha təkan verəcək».

KAMRAN

Xəbər 2941 dəfə oxundu.