“Şahdağ” yoldaşlıq oyununda qalib gəlib
Futbol üzrə Azərbaycanın I divizionunda mübarizə aparan Qusarın “Şahdağ” futbol klubu yoldaşlıq oyununda qalib gəlib.

Ikinci dövrəyə ciddi hazırlaşan kollektivin budəfəki rəqibi “Neftçi”nin əvəzedici heyəti olub. Matç yanvarın 21-də “Bayıl arena”da keçirilib.

Qusarlı futbolçular qarşılaşmada rəqibindən üstün oyun nümayiş etdirərək 2-1 hesabı ilə qalib gəliblər.

Qusarın “Şahdağ” futbol klubu ikinci dövrənin hazırlıqlarına yeni baş məşqçinin rəhbərliyi altında başlayıb. Futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda mübarizə aparan klubun yeni təyin olunan baş məşqçisi Kamran Əlibabayevdir.

Hazırlıq çərçivəsində artıq üçüncü yoxlama oyununa çıxan "Şahdağ" bundan əvvəlki qarşılaşmalarda "AZAL" (19 yaşlılar) klubuna 6-0 hesabı ilə qalib gəlib. İkinci oyunda isə "Sumqayıt" komandasının əvəzediciləri ilə heç-heçə (2-2) qeydə alınıb.

Komanda ilk dövrədə keçirdiyi 13 oyunda 15 xal toplayaraq onuncu yerdə qərarlaşıb.


Xəbər 750 dəfə oxundu.