Rio-de-Janeyro-2016-ya komanda şəklində
Azərbaycan Respublikası Atçılıq Federasiyası 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında komanda konkur növündə təmsil olunmaq niyyətindədir. Bu barədə idman.com.az saytına açıqlamanı ARAF-ın baş katibi Bəhruz Nəbiyev verib. Onun sözünə görə, artıq yeni heyət formalaşdırılıb və burada yalnız 2 legioner çapar var:

«İndiyədək konkur növünün şəxsi yarışlarında mübarizə aparmışıq. Gələcək planlarımzda bu proqramda komanda halında rəqabət aparmaq fikrindəyik. Güclü heyət formalaşıb. Bunlar kapitan Camal Rəhimov, Seyid Musayev, Hikmət Musayev, Kənan Novruzov və Patrik MakEntidir. Françesko Franko ehtiyat idmançı qismində sifariş olunub».

Xəbər 1258 dəfə oxundu.