Neymar ən bahalı futbolçu kimi reytinqə başçılıq edir
İspaniyanın “Barselona” klubunun hücumçusu Neymar dünyanın ən bahalı futbolçusu seçilib.

Bu, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) versiyası üzrə reytinqdə öz əksini tapıb.

Braziliyalı forvardın transfer dəyəri 246,8 milyon avro məbləğındə qiymətləndirilir. İkinci sırada Neymarın komanda yoldaşı argentinalı ulduz Lionel Messi (170,5 milyon) gedir. İlk üçlüyü isə “Mançester Yunayted” klubunun fransalı yarımmüdafiəçisi Pol Poqba (155,3 milyon) tamamlayır.

Madridin “Real” komandasının portuqaliyalı forvardı Krıştiano Ronaldo (126,5 milyon) reytinq siyahısında yeddinci pillədə qərarlaşıb. On ən bahalılar arasında Antuan Qrizmann (“Atletiko Madrid”, 150,4 milyon), Luis Suares (“Barselona”, 145,2), Harri Keyn (“Tottenhem”, 139,2), Paulo Dibala (“Yuventus”, 113,8), Dele Alli (“Tottenhem”, 110,5) və Eden Azar (“Çelsi”, 101,5) yer alıblar.

Ən bahalı qapıçı sloveniyalı Yan Oblak (“Atletiko Madrid”, 59,8), ən bahalı müdafiəçi kimi isə ispaniyalı Ektor Belyerin (“Arsenal”, 70,3) dəyərləndirilib.

Xəbər 679 dəfə oxundu.