"Sumqayıt" futbol klubu Özbəkistanın “Nasaf” klubu ilə qarşılaşıb
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” futbol klubu növbəti yoxlama oyununu keçirib. Komanda Özbəkistan klubu “Nasaf”la qarşılaşıb.

Qarşılaşma “Nasaf”ın üstünlüyü ilə başa çatıb – 0:1.

Qeyd edək ki, “Nasaf” son mövsüm ölkə çempionatını 3-cü pillədə başa vurub.

Xatırladaq ki, “Sumqayıt” Antalyada son yoxlama oyununu yanvarın 19-da Qazaxıstan təmsilçisi “Atırau”ya qarşı keçirəcək.

Xəbər 716 dəfə oxundu.