Taekvondo üzrə respublika birinciliyi start götürüb
Azərbaycan Taekvando Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sərhədçi” Olimpiya İdman Mərkəzində gənclər arasında respublika birinciliyi start götürüb.

2000-2002-ci il təvəllüdlü taekvandoçular arasında keçirilən yarışda 10 çəki dərəcəsində 300 oğlan və 65 qız mübarizə aparır.

Yarışda Bakıda və bölgələrdə fəaliyyət göstərən komandalar təmsil olunurlar. Turnirin birinci günündə oğlanların yarışında 45, 55, 78, qızların mübarizəsində isə 42 kiloqram çəki dərəcələrində yarışlar keçirilir.

Xəbər 867 dəfə oxundu.