İdman dırmanması üzrə Azərbaycan çempionatına yekun vurulub
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə “ClimBaku” İdman Dırmanması Mərkəzində çətinlik və sürət növləri üzrə keçirilən açıq ölkə çempionatına yekun vurulub.

Cətinlik növü üzrə oğlanlar arasında yarışda Rinat Rəhimxanov birinci, Çingiz Tağızadə ikinci, Zöhrab Şahbalayev isə üçüncü yeri tutub. Qızların mübarizəsində isə Sima Səfərova, Leyla Əhmədova və Könül Hüseynova müvafiq olaraq ilk üç sırada qərarlaşıblar.

Sürət yarışında isə Rinat Rəhimxanov bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çingiz Tağızadə ikinci, Fərid Şahbazov isə üçüncü olub.

Xəbər 652 dəfə oxundu.