AFFA futzal üzrə milli yığmanın baş məşqçisi ilə müqaviləni ləğv edib
Braziliyalı mütəxəssis Ziller Junior Milton Luis futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi vəzifəsini tərk edib.

AFFA braziliyalı məşqçinin xahişini nəzərə alaraq, onunla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.

Xatırladaq ki, Z.J.M.Luis ilə müqavilə 2016-cı il iyunun 7-də imzalanıb. Azərbaycan yığması Milton Luisin rəhbərliyi ilə dünya çempionatında uğurla çıxış edib və dörddəbir final mərhələsinə yüksəlib.

Xəbər 689 dəfə oxundu.