Bahadırlarımız mübarizəyə başlayır
Bu gün Serbiya paytaxtı Belqradda Avropa çempionatına start verilir. İdman.com.az saytının məlumatına görə, yarışın ilk günündə 66 və 96 kq çəkidə sərbəst, 48 kq çəki dərəcəsində isə qadın güləşçilər mübarizə aparacaqlar. Yığma komandamızın üzvlərindən döşəyə Emin Əzizov (66 kq), Novruz Temrezov (96 kq) və Marziget Baqomedova (48 kq) çıxacaqlar.
Çempionatın ilkin görüşləri Bakı vaxtı ilə saat 17.00-da, final və 3-cü yer uğrunda görüşlər saat 22.00-da başlayacaq. Həlledici görüşləri «İdman Azərbaycan» və TRT-3 kanalından canlı yayımlanacaq.

Xəbər 985 dəfə oxundu.