Paraqvay əsilli hücumçu “Neftçi”də baxışdadır
Antalyada qış təlim-məşq toplanışını davam etdirən Bakının “Neftçi” klubunun düşərgəsinə baxışa yeni futbolçu cəlb edilib.

Paraqvay əsilli hücumçu Ramon İdalesio Kardozo komandamızla birgə məşqlərdə iştirak edir. Onun son yoxlama oyununda iştirakı gözlənilir.

Qeyd edək ki, Kardozo karyerası ərzində Paraqvayın “Takuaru”, “Serro Porteno”, “Nasional”, “Deportivo Kapiata”, Portuqaliyanın “Penafiel”, "Vitoria Setubal”, “Moreirense” və Perunun “Leon Huanuco” klublarının şərəfini qoruyub.

Xəbər 767 dəfə oxundu.