“Karabakh Vyana” futbol klubu yeni rekord müəyyənləşdirib | |
Avstriyada Viener Stadt Ligada mübarizə aparan “Karabakh Vyana” futbol klubu 2016-2017-ci il mövsümünün ilk yarısında tarixi nəticəyə imza atıb. İlk dövrədə keçirilən 15 turdan 10-da qələbə qazanan “Karabakh Vyana” 5 oyunda bərabərlik əldə etməklə yeni rekord müəyyənləşdirib. On beş matçda uduzmayan klub məğlubedilməz oyunlar seriyasını davam etdirib. Bununla da Avstriyanın 4-cü liqası və Vyana əyalətinin ən yüksək liqası olan Viener Stadt Ligada ən uzun məğlubiyyətsizlik rekordu qeydə alınıb. Liqanın ikinci yarısına fevralın 26-da start veriləcək. |
|
Xəbər 634 dəfə oxundu. |
|
|