“Fənərbaxça”-“Hapoel” görüşünü azərbaycanlı hakim idarə edəcək | |
Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb. Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev kişi voleybol komandaları arasında CEV kuboku yarışlarının onaltıdabir final mərhələsi çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Hapoel” (İsrail) görüşünün baş hakimi olacaq. Ona yunanıstanlı həmkarı Emmanuel Qeorqiadis kömək edəcək. Görüş yanvarın 18-də İstanbulda təşkil olunacaq. Komandalar arasında keçirilən ilk oyunda İstanbul təmsilçisi 3:0 hesabı ilə qalib gəlib. |
|
Xəbər 639 dəfə oxundu. |
|
|