“Mançester Siti” klubu Liverpulda darmadağın oldu
İngiltərə Premyer Liqasında 21-ci turun növbəti oyunu keçirilib.

Turun mərkəzi matçlarından biri Liverpul şəhərində “Everton” ilə “Mançester Siti” klubları arasında baş tutub. Meydan sahibləri Pep Quardiyolanın yetirmələrini darmadağın ediblər–4:0.

Bununla da “Mançester Siti” klubu son 8 matçda dördüncü məğlubiyyətini alıb və liderdən bir qədər də uzaqlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 52 xalla “Çelsi” başçılıq edir. “Tottenhem” (45 xal) və “Arsenal” (44 xal) klubları ikinci və üçüncü yerləri bölüşürlər. “Liverpul” (44 xal) bir oyun az keçirib və hazırda 5-ci pillədə qərarlaşıb.

Xəbər 674 dəfə oxundu.