Bəhruz Nəbiyev: «Çaparımız seçim etməlidir»
Bu günlərdə İspaniyada atçılıq üzrə beynəlxalq turnir keçiriləcək. İdman.com.az saytının məlumatına görə, 4 ulduzlu yarışda dünya reytinqində ilk 100 ən güclü idmançısı iştirak edib. Həmin mübarizədə aparıcı çaparımız Camal Rəhimov da qüvvəsini sınayıb. O, gərgin rəqabətdə 4-cü yer tutub.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev bizə açıqlamasında deyib ki, onun olimpiadaya hansı atla yollanacağına hələ aydınlıq gəlməyib: «Camal «Platin E», «Woody Topic», «Aramis», «Warrior» və «Excenel» ləqəbli atları arasında seçim edəcək. Yekunda o, bir atla London olimpiadasında iştirak edəcək».

Xəbər 1669 dəfə oxundu.