20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr edilmiş turnirdə ilk günün qalibləri məlum olub
Yanvarın 14-də Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 20-ci beynəlxalq turnirə start verilib.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər yarışıb.

Turnirin ilk günündə 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kiloqram çəkidə sərbəst güləş üzrə 190 pəhləvan mükafat uğrunda yarışa qoşulub.

Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və qiymətli hədiyyələrlə təltif ediliblər. Umidjon Jalalov (Özbəkistan, 42 kq), Elman Kadırseit (Qazaxıstan, 46 kq), Nurimbek Atabekuli (Qazaxıstan, 50 kq), Daulet Temirjanov (Qazaxıstan, 54 kq), Vüsal Hüseynov (Azərbaycan, 58 kq), Bilal Tavayev (Rusiya, 63 kq), Davud İbrahimov (Azərbaycan, 69 kq), İslam Əliyev (Azərbaycan, 76 kq), Sənan Əliyev (Azərbaycan, 85 kq) və Adəm İsmayılov (Azərbaycan, 100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Komanda hesabında Azərbaycan güləşçiləri birinci, Qazaxstan ikinci, Özbəkistan isə üçüncü yeri tutub və kubokla mükafatlandırılıblar.

Xəbər 996 dəfə oxundu.