Qılıncoynatma üzrə Azərbaycan birinciliyi keçirilib
Yanvarın 14-də Azərbaycan Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə gənclər arasında sablya üzrə ölkə birinciliyi keçirilib.

Yarışın açılış mərasimində Federasiyanın vitse-prezidenti Yaşar Məmmədov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Yusif Hüseynov turnirin əhəmiyyətini yüksək qiymətləndirib, iştirakçılara uğurlar arzulayıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə oğlanların yarışında 12 nəfər mübarizə aparıb. Yekunda Xalid Əsədov qalib gələrək birinci yeri tutub.

On bir idmançının gücünü sınadığı qızların yarışında isə Fatimə İbrahimova rəqiblərinə qalib gələrək çempion olub.

Qaliblər Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən diplom və mükafatla təltif edilib.

Xəbər 1484 dəfə oxundu.