Millimiz Qranatkin turnirində İranla üz-üzə gələcək | |
Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə çıxış edən 1999-cu il təvəllüdlü futbolçulardan ibarət millimizin növbəti rəqibi bəlli olub. “C” qrupunda 3 oyundan sonra 1 xalla sonuncu sırada qərarlaşan komandamız İran yığması ilə qarşılaşacaq. Cənub qonşularımız son matçda moldovalı həmyaşıdlarına 5:0 hesabı ilə qalib gələrək qrupda 3-cü yeri tutub və 9-16-cı yerlər uğrunda mübarizədə millimizə rəqib olub. |
|
Xəbər 701 dəfə oxundu. |
|
|