"Sumqayıt" FK Albaniyanın “Şkenderbeu” komandası ilə qarşılaşıb
“Sumqayıt” futbol klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır. Topaz Premyer Liqasının növbəti turuna hazırlıq çərçivəsində qardaş ölkədə olan komanda artıq ilk yoxlama oyununa çıxıb.

Samir Abbasovun yetirmələri Albaniya təmsilçisi “Şkenderbeu” ilə qarşılaşıb. Oyunda komanda meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib. "Sumqayıt" FK-nın yeganə qolunun müəllifi Mirabdulla Abbasov olub.

Qeyd edək ki, 7 dəfə Albaniya çempionu olmuş “Şkenderbeu” hazırda milli çempionatda 32 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər 742 dəfə oxundu.