FHN-in idman-sağlamlıq klubunun üzvü Bakı çempionatının qalibi olub
“Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə gənclər arasında Bakı şəhər açıq birinciliyi keçirilib.

Çempionatda 29 komandanın heyətində 200 idmançı iştirak edib. Nazirliyin idman-sağlamlıq klubunu təmsil edən Nəriman Baxışov 81 kiloqram çəki dərəcəsində bütün görüşlərdə qalib gələrək Bakı çempionu olub.

İdmançının məşqçiləri Rasim Babayev və Taleh Sadıqovdur.

Xəbər 690 dəfə oxundu.