“İnter” futbol klubunun Antalyada təlim-məşq toplanışı davam edir
Bakının “İnter” futbol klubunun Antalyada təlim-məşq toplanışı davam edir.

Komandamızın hazırlıq prosesi çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib. Belə ki, “İnter” yanvarın 15-də “Ordubaşı” (Qazaxıstan), üç gün sonra “Botoşani” (Rumıniya), yanvarın 19-da “İstiqlol” (Tacikistan) və yanvarın 21-də “Orenburq” (Rusiya) komandaları ilə yoxlama oyununda gücünü sınayacaq.

Xəbər 779 dəfə oxundu.