Arda Turan karyerasını Çində davam etdirə bilər
Çin Super Liqası güclənməkdə davam edir.

Keçən mövsüm 40 milyon avroya Madridin “Atletiko” komandasından “Barselona”ya keçən Arda Turan daha bir transfer astanasındadır. Katalon klubunun türkiyəli futbolçusu Arda Turan karyerasını Çində davam etdirə bilər.

O, Çinin “Şanxay Şenxua” klubu ilə razılığa gəlib. Üçillik müqaviləyə əsasən, Ardanın Çində bir mövsüm üçün məvacibi 20 milyon avro təşkil edəcək. Hazırda “Şanxay Şenxua”nın “Barselona” ilə yekun məbləğə dair danışıqlar apardığı bildirilir. Tərəflər 29 yaşlı futbolçunun transferi üçün nə qədər kompensasiya ödəniləcəyini müzakirə edirlər.

2015-ci ildən İspaniya təmsilçisinin heyətində çıxış edən Arda cari mövsümdə 21 oyun keçirib. Onun aktivində 11 qol və 7 məhsuldar ötürmə var.

Xəbər 725 dəfə oxundu.