Güləş üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı davam edir
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı davam edir.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçirilən yarışda 18 yaşı tamamlamış, 1998-ci il və yuxarı yaşlı idmançılar iştirak edirlər. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparırlar.

Yarışın sonuncu – üçüncü günündə 75, 80, 85, 98 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri birincilik uğrunda mübarizə aparırlar.

Çempionatda çəki dərəcələri üzrə ilk 3 yeri tutan idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığmasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər.

Xəbər 715 dəfə oxundu.