Madridin “Real” klubu məğlubiyyətsiz oyunlarının sayını 40-a çatdırıb
Madridin “Real” klubu məğlubiyyətsiz oyunlarının sayını 40-a çatdırıb. Zinəddin Zidanın yetirmələri bu nəticəyə yanvarın 12-də İspaniya Kral Kubokunun səkkizdəbir final mərhələsi çərçivəsində “Sevilya”ya qarşı keçirilən cavab oyununda imza atıblar.

Madrid klubu səfərdə 3:1 hesabı ilə geriyə düşdüyü matçdan heç-heçə ilə ayrılmağı bacarıb (3:3) və məğlubiyyətsizlik oyunlar seriyasını davam etdirib. Bu, İspaniya futbol tarixində yeni rekorddur.

Xəbər 740 dəfə oxundu.