“Tokio-2020”nin medalları qızıldan hazırlanacaq
2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının medalları Yaponiya paytaxtında yerləşən zibil emalı zavodlarında köhnə mobil telefonlardan əldə olunan az miqdarlı qızıldan hazırlanacaq.

Bu nadir layihə yerli hakimiyyət orqanlarının Olimpiya Oyunlarının təşkilindən qazanılacaq gəliri maksimal dərəcədə artırmaq üzrə səylərinin bir hissəsi olacaq.

Hazırda yeni qurğuların tikintisi və köhnələrinin modernləşdirilməsi zamanı maksimal qənaət proqramı üzərində Olimpiya Oyunlarının loqosu olan bütün növ malların satışı ilə bağlı özəl sektorla geniş əməkdaşlıqla tamamlanır. Olimpiya Oyunlarının talismanı hələlik təsdiq edilməyib. Amma onun da müəyyən kommersiya dəyərinə malik olacağı dəqiqdir.

Qeyd edək ki, “Tokio-2020”nin büdcəsi 15,2 milyard dollaradək təşkil edəcək.

Xəbər 678 dəfə oxundu.