Gənc cüdoçular arasında Bakı şəhər açıq birinciliyinə start verilib
Yanvarın 12-də “Sərhədçi” Olimpiya İdman Kompleksində cüdo üzrə gənclər arasında Bakı şəhər açıq birinciliyinə start verilib.

İlin ilk yarışı iki gün davam edəcək. Paytaxt birinciliyində 200-ə yaxın cüdoçu qüvvəsini sınayır.

Yarışın ilk günündə qızların mübarizəsində bütün çəki dərəcələrində qaliblər müəyyənləşib. Oğlanların yarışında isə 55 və 60 kiloqram çəki dərəcələrində qarşılaşmalar başa çatıb.

Xəbər 784 dəfə oxundu.