“Sumqayıt”ın yarımmüdafiəçisi AEL-lə münasibətləri rəsmiləşdirib
“Sumqayıt” futbol klubundan ayrılan yarımmüdafiəçi Amit Quluzadə Yunanıstanın professional futbol klubu AEL-lə münasibətləri rəsmiləşdirib.

24 yaşlı yarımmüdafiəçi ilə artıq rəsmi müqavilə bağlanılıb. Azərbaycan millisinin də formasını geyinmiş A.Quluzadə Yunanıstan Super Liqasının təmsilçisi ilə 2,5 illik sazişə imza atıb.

Qeyd edək ki, A.Quluzadə karyerası ərzində “Erciyesspor” (Türkiyə) və “Atletiko” (Portuqaliya) klublarında da legioner həyatı yaşayıb.

Xəbər 865 dəfə oxundu.